İspaniyada 9 PKK-çı yaxalandı
İspaniyada 9 PKK-çı yaxalanıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, polis onları Türkiyəyə qarşı terrorçular toplamaqda və təlim keçməkdə şübhəli bilir.
Xatırladaq ki, PKK Türkiyə və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınıb.
Araşdırmalar nəticəsində məlum olub ki, yaxalanan şəxslərin 8-i İspaniya, 1-i isə Türkiyə vətəndaşıdır. Onların vasitəsi ilə ələ alınmış şəxslər Türkiyəyə göndərilib və silahlandırılaraq PKK terrorçularının sıralarına qoşulublar.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi