“Tofaş” yük maşını ilə toqquşdu: 4 yaralı
Şəkidə yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistiral yolunun Şəki rayonu Göybulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Ağdam rayon sakini Qasımov İsrafil Məzahir oğlunun idarə etdiyi “Mersedes” markalı yük maşını ilə Şəki şəhər sakini Abdurrəhmanov Ceyhun Akif oğlunun idarə etdiyi “Tofaş” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində yük maşınının sürücüsü İsrafil Qasımov xəsarət almasa da, minik avtomobilinin sürücüsü Ceyhun Abdurəhmanov, avtomobildə olan sərnişinlər, Şəkinin Baş Zəyzid kənd sakinləri Abdullayev Bəxtiyar Sultan oğlu, Abdullayev Səttar Yusif oğlu və Şəki şəhər sakini İbrahimov Vüqar Akif oğlu yaralanıblar. Yaralılar dərhal yoldan keçən maşınlarla Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) çatdırılıblar. Xəsarət alan 4 nəfərdən birinin vəziyyəti ağır olduğu üçün, reanimasiya şöbəsinə, iki nəfər cərrahiyə şöbəsinə yerləşdirilib. Bir yaralıya isə ambulator tibbi yardım göstərilib.
Fakla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib