Türkiyədə keçi quzu doğub - NONSENS
Türkiyənin Muğla bölgəsində qəribə hadisə baş verib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Akpınar ailəsinin keçisi 2 oğlaq və bir quzu dünyaya gətirib.
Keçinin quzu doğurması hər kəsin heyrətinə səbəb olub. Heyvanların sahibi Duran Akpınar uşaqlığından bəri keçi bəslədiyini bildirib: "Bir çox heyvanın doğuşunu görmüşəm. Ancaq belə bir doğuşu ilk dəfədir ki, görürəm. Biri mənə keçinin quzu doğacağını desəydi, heç vaxt inanmazdım. Keçimiz əvvəllər iki dənə doğurdu, bu dəfə üç dənə doğdu. Öz gözlərimlə görməsəm, belə bir şeyin olacağını təsəvvürümə belə gətirə bilməzdim".
Heyvanların sağlıq durumu haqqında məlumat verən baytar Bəhlül Küçüksoku isə heyvanların vəziyyətinin yaxşı olduğunu qeyd edib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi