İsveçdə məktəb terroru: liseyə bomba atıldı
İsveçdə orta məktəb binasının həyətinə bomba atılıb. APA TV-nin "SVT"yə istinadən verdiyi məlumata görə, Karlstad şəhərindəki Tingvalla məktəb-liseyinin həyətində baş verən partlayışdan sonra hadisə yerinə çoxlu sayda polis əməkdaşları, yanğınsöndürənlər və təcili yardım əməkdaşları gəliblər.
Partlayışdan sonra məktəbdə olan şagird və müəllimlər dərhal evakuasiya ediliblər. Məlumata görə, hadisə nəticəsində ölən və yaralanan olmayıb. Eyni zamanda güclü partlayış nəticəsində məktəb binasına da zərər dəyməyib. İsveç polisindən verilən məlumatda deyilir ki, məktəbə əldəqayırma bomba atıblar. Məktəbin çevrəsində polis postları qurulub. Hücumçuların axtarışı üçün əməliyyat keçirilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi