Astarada qadın həyat yoldaşını qətlə yetirib
Sentyabrın 27-də axşam saatlarında rayonun Maşxan kəndində qətl hadisəsi qeydə alınıb. APA TV-nin xəbərinə görə, Astara rayonunun Maşxan kənd sakini, 47 yaşlı Mahir Əhmədovla həyat yoldaşı, 3 uşaq anası 43 yaşlı Gülbahar Əhmədova arasında yaranan münaqişə və dava-dalaş ailə başçısının bıçaqla ağır yaralanması ilə nəticələnib. Gülbahar Əhmədova ərini bıçaqlayıb. Yaralı dərhal Astara mərkəzi rayon xəstənasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə şahidlərinin sözlərinə görə, ailədə həmişə mübahisələr olub.
Buna qətlə yetirilənin evə içkili vəziyyətdə gəlməsi səbəb olurmuş. Lent.az-ın yaydığı məlumata görə isə Mahir Əhmədovu oğlu öldürüb.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib