Suriyada daha bir iranlı general öldürüldü
Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Muhsin Kacariyan öldürülüb.
APA-nın “Milliyət”ə istinadən verdiyi xəbərə görə, M.Kacariyan İranın Nişapur şəhəri üzrə İmam Rza adına 1-ci briqadanın komandanı olub.
Qeyd olunur ki, Bəşər Əsəd rejimini fəal şəkildə dəstəkləyən İran bu günə qədər Suriyada gedən döyüşlərdə, yüksək rütbəli zabitlər daxil olmaqla, yüzlərlə hərbçisini itirib.
Xatırladaq ki, ötən ilin oktyabrında Suriyada İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Reza Həvari, dekabrında isə korpusun digər generalı Hüseyn Fədai həlak olub.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi