Sabunçuda 41 yaşlı kişi evinin qarşısında bıçaqlandı
Ötən gecə Sabunçu rayonunda bıçaqlanma hadisəsi olub.
APA TV-nin məlumatına görə, rayonun Elşən Mehdiyev küçəsində yaşayan 41 yaşlı Hafiz Mirzə oğlu Əliyev yaşadığı evin qarşısında bıçaqlanıb.
Yaralı qonşularının köməyi ilə xəstəxanaya çatdırılıb. Əməliyyat zamanı Hafiz Əliyevdə bir bıçaq xəsarətinin olması məlum olub. Zərərçəkən onu bıçaqlayan şəxsi tanımadığını bildirib.
Hadisə barədə 12-ci polis bölməsinə məlumat verilib. Bölmə əməkdaşları hadisəni törədən şəxsin axtarışlarını aparır. Faktla əlaqədar Cinayət işi başlanıb.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi