Bank Of Baku

Bakıda iş adamı intihara cəhd edib

# 12:41
5 fevral 2016

Bakıda intihara cəhd olub. 

 
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 40-45 yaşlarında kişi Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpünün üstünə çıxaraq, özünü yandıracağını bildirib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. İntihar etmək istəyən şəxslə söhbət aparılıb və o, intihar etmək fikrindən daşınaraq, aşağı enməyə razı olub. 
 
APA-nın əldə etdiyi məlumata görə, intihara cəhd edən şəxs Dönməz Məmmədov adlı sahibkardır. Bildirilir ki, iş adamı probleminin Nəqliyyat Nazirliyin ilə bağlı olduğunu deyib. Hazırda nazirliyin məsul şəxsləri onunla görüşürlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR