Bank Of Baku

Havalar kəskin soyuyacaq, külək əsəcək, qar yağacaq - XƏBƏRDARLIQ

# 14:08
5 fevral 2016

Bakı və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.

 

Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.

 

Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

 

Qeyri-sabit hava şəraiti fevralın 9-u gündüzədək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR