Con Kerri: "Ruslar Suriyada soyqırımı edir"
ABŞ dövlət katibi Con Kerri Rusiyanın ünvanına sərt ittihamlarla çıxış edib.
APA TV-nin RBK-ya istinadən verdiyi məlumata görə, Vaşinqtonda jurnalistlərin qarşısında çıxış edən Con Kerri bildirib ki, Rusiya Suriyadakı bombardmanlarda idarəolunmayan bombalardan istifadə edir və bu bombalar mülki əhalinin üzərinə düşür.
O deyib ki, Rusiya aviasiyasının hücumları nəticəsində çoxlu sayda qadın və uşaq həlak olur. “Buna son qoymaq lazımdır”, - deyə o qeyd edib.
Con Kerri Rusiyanın, Suriya ordusunun və Əsədin silahlı tərəfdarlarının BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsini pozduqlarını söyləyib. Qətnamədə Suriyanın bütün rayonlarına humanitar yardımların buraxılması və dinc əhalinin yaşadığı yerlərdə bombardmanların dayandırılması nəzərdə tutulur. Con Kerri Rusiyanın Suriyada sülhün təmin olunmasına dair konstruktiv ideyaları olduğunu da vurğulayıb: “Lakin bunlar bombardmanları davam etdirmək naminə ortaya atılıbsa, heç kim o ideyalarla razılaşmayacaq”.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi