Bank Of Baku

Serj Sarkisyan Baş Prokurorluqda dindiriləcək - SƏBƏB

# 10:06
10 fevral 2016

Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri Artur Sakunts Ermənistanın Baş Prokurorluğuna müraciət edərək, 1999-cu il oktyabrın 27-də parlamentdə törədilən terror aktına dair iş üzrə prezident Serj Sarkisyanın dindirilməsini tələb edib.

 

APA TV-nin “1in.am”-a istinadən verdiyi xəbərə görə, ötən gün “Respublika” partiyasının rəhbəri Aram Sarqsyan yerli telekanallara parlamentdə törədilən terror aktını şərh edərkən bildirib ki, Serj Sarkisyan vaxtilə ona qeyd olunan cinayətin təşkilatçısının kim olduğunu nə vaxtsa açıqlayacağını etiraf edib.

 

Artur Sakuntsun sözlərinə görə, Serj Sarkisyan nəticəsiz qala bilməyən çox mühüm faktı qeyd edib. “Bu bəyanata əsasən, dövlətin əsas rəsmi yüksək vəzifəli şəxsi cinayət barədə məlumatı gizlədib, bu isə cinayət məsuliyyətinə cəlb etmək üçün əsas verir. Bu, iş üzrə yeni faktın üzə çıxmasıdır və baş prokuror bu bəyanatın araşdırılmasına və Serj Sarkisyanın dərhal dindirilməsinə dair Milli Təhlükəsizlik Xidmətinə göstəriş verməyə borcludur. Bundan başqa, məsələ ilə bağlı parlamentdə xüsusi toplantı çağırılmalı və Serj Sarkisyan parlament qarşısında izahat verməlidir”, - deyə Artur Sakunts bildirib.

 

Qeyd edək ki, Serj Sarkisyanın dindirilməsinə dair tələb Helsinki Vətəndaş Assambleyası Vanadzor Ofisinin rəhbəri adından artıq Ermənistanın Baş Prokurorluğuna göndərilib.

 

Xatırladaq ki, 1999-cu il oktyabrın 27-də bir qrup silahlı şəxs Ermənistan parlamentinin binasına daxil olaraq baş nazir Vazgen Sarkisyanı, spiker Karen Dəmirçyanı, iki vitse-spikeri, operativ məsələlər üzrə naziri və üç deputatı qətlə yetirib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR