Bank Of Baku

Roma Papası sentyabrda Azərbaycana səfər edə bilər

# 10:38
10 fevral 2016

Roma Papası Fransisk Azərbaycan, Gürcüstan və Ermənistana səfər etmək niyyətindədir. APA TV-nin  verdiyi xəbərə görə, bu barədə “TASS”a Papa Administrasiyasındakı mənbə məlumat verib.

 

İlkin məlumata görə, səfər 2016-cı ilin sentyabrına planlaşdırılıb. Politoloqlar Papanın Ermənistana səfərinin Vatikan-Ankara münasibətlərinə təkrar ziyan vura biləcəyini qeyd edirlər.

 

Qeyd edək ki, ötən il qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə əlaqədar Roma Papası Fransisk Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə Romanın müqəddəs Pyotr kilsəsində dini ayin keçirib. Buna cavab olaraq Ankara Vatikandakı səfirini geri çağırıb.

 

Türkiyənin Vatikandakı səfiri bu yaxınlarda vəzifəsinin icrasına davam etməyə başlayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR