Bank Of Baku

"Günəşli" yatağında yanğın tam söndürülüb

# 09:49
11 fevral 2016

Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəza nəticəsində yaranmış yanğın tamamilə söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, həmin vaxtdan bəri yanğının söndürülməsi istiqamətində fasiləsiz tədbirlər həyata keçirilib.

 

Görülmüş fasiləsiz və təxirəsalınmaz tədbirlərin nəticəsində dünən saat 19:24-də yanğın tamamilə söndürülüb.

 

Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib. Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas olub, 11 nəfəri həlak olub və 19 nəfəri itkin düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR