Azərbaycan MN: Düşmən bu gecə cəbhədə 5-7 nəfər itki verib
Fevralın 12-ə keçən gecə Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttinin müxtəlif yerlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin əvvəlcədən düşməni aşkar etməsi, görülən qabaqlayıcı tədbirlər və qarşı tərəfə vurulan atəş nəticəsində işğalçılar geri çəkilməyə məcbur edilib. İlkin ehtimala görə, düşmən 5-7 nəfər itki verib.
Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib, əməliyyat şəraiti tam nəzarət altındadır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi