Zaqatalada 3 otaqlı ev külə döndü
Zaqatalada ev yanıb. APA TV-nin məlumatına görə, yanğın rayonun Aşağı Tala kəndində qeydə alınıb. Kənd sakini Məhəmməd Kələşova məxsus, hazırda yaşayış olmayan ümumi sahəsi 70 kv/m olan birmərtəbəli 3 otaqlı ev yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin yanar konstruksiyaları tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi