Moskvada azərbaycanlı biznesmenin məşhur ticarət mərkəzi sökülür
Rusiyada Azərbaycan vətəndaşı Ramin Sultanova məxsus “Piramida” ticarət mərkəzi söküləcək.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Moskva ticarət və xidmətlər departamentinin rəhbəri Aleksey Nemeryuk bildirib.
Onun sözlərinə görə, fevralın 24-də söküləcək 1500 kv. m ərazisi olan ticarət mərkəzinin yerində sakinlərin dincəlməsi üçün istirahət parkı salınacaq. Ticarət mərkəzində yerləşən kosmetika dükanları artıq bağlıdır. Mərkəzdəki mağaza sahibləri ərazini boşaltmağa başlayıblar.
Qeyd edək ki, “Piramida” ticarət mərkəzi 90-cı illərin ən irimiqyaslı paytaxt tikililərindən sayılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi