Bank Of Baku

Lənkəranda 20 yaşlı sürücü yol qəzasında dünyasını dəyişib

# 18:22
30 sentyabr 2013

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 30-da saat 10.30 radələrində Lənkəran-Lerik şose yolunun rayonun Rvo kəndindən keçən hissəsində qeydə alınıb. “KamAZ”  markalı yük maşını ilə “VAZ-21015”  markalı minik avtomobili toqquşub. Nəticədə “VAZ-21015”-in sürücüsü, rayonun Qrumba kənd sakini, 1993-cü il təvəllüdlü Kamran Eyvaz oğlu Abdullayev aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib.

 

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR