Bank Of Baku

Ankarada növbəti silah səsləri: 2 ölü

# 11:34
19 fevral 2016

Türkiyənin paytaxtı Ankarada yenə qan tökülüb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər saat 05.00 radələrində baş verib.

 

Avtomobilləri ilə Tuzluçayır məhəlləsinə gələn 3 nəfər arasında naməlum səbəblərdən mübahisə yaranıb. Qısa vaxt ərzində mübahisə silahlı insidentə çevrilib. Silahlı insident nəticəsində 2 nəfər ağır yaralanıb, üçüncü şəxs isə hadisə yerindən uzaqlaşıb.

 

Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralanan şəxslər həyatlarını itiriblər. Ölənlərin şəxsiyyətləri hələlik məlum deyil. Hadisə polis tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR