Şirvan sakininin evi yandı
Şirvanda elektrik enerjisinin qısa qapanması nəticəsində fərdi yaşayış evi yanıb. APA TV-nin xəbərinə görə, hadisə Şirvan şəhəri Neftçilər küçəsi 43 ünvanında olub. Şirvan sakini, 1961-ci il təvəllüdlü Əhmədov Nazim Oruc oğluna məxsus 95 kvadratmetrlik sahəsi olan fərdi yaşayış evində elektrik enerjisinin qısa qapanmasından ehtimal olunan yanğn zamanı ev əşyaları və evin bir hissəsi yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili gəlib və yanğını lokallaşdırıb. Yanğının digər ərazilərə yayılmasının qarşısı alınıb.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib