Leonardo Di Kaprio ilk "Oskar"ını aldı
Məşhur amerikalı aktyor Leonardo Di Kaprio ilk dəfə "Oskar" mükafatına layiq görülüb.
APA-nın xəbərinə görə, aktyor bu mükafatı Alexandro Qonsales İnyartunun “The Revenant” ("Sağ qalmış") filmindəki rolu ilə əlaqədar alıb. Ümumilikdə film 12 nominasiya üzrə "Oskar"a namizəd göstərilib. A.Q.İnyartu özü “ən yaxşı rejissor” işinə görə mükafata layiq görülüb.
Qeyd edək ki, bu, Di Kaprionun karyerasında ilk "Oskar" mükafatıdır. Buna qədər o, 5 dəfə aktyor, bir dəfə isə prodüsser olaraq "Oskar"a namizəd göstərilib.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi