Bakıda ana və qızını avtobus vurdu: ana öldü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 27-də Parlament prospektində, Milli Məclisin qarşısında qeydə alınıb.
63 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı avtobus yolu keçən 1980-ci il təvəllüdlü Səadət Hüseynova və onun qızı, 2000-ci il təvəllüdlü Nuranə Hüseynovanı vurub. Nəticədə ana aldığı xəsarətdən hadisə yerindəcə ölüb, qızı isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi
İlham Əliyev Omanın yeni səfirinin etimadnaməsini qəbul etdi
Prezident Kambocanın yeni səfirinin etimadnaməsini qəbul etdi