Bank Of Baku

Sabah Bakıda 17 dərəcə isti olacaq

# 13:57
1 mart 2016

Martın 2-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə  verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

 

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacaq.

 

Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Cənub küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 6-11 dərəcə isti, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi meteoroloji proqnoza gəlincə, martın 2-3-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli düşməsi fonunda xeyli güclənən gilavar küləyi meteohəssas insanlar üçün narahatlıq yarada bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR