Bank Of Baku

Daşkəsəndə 6 yaşlı uşağı maşın vuraraq öldürdü

# 16:23
2 mart 2016

Daşkəsən şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, 6 yaşlı uşağı maşın vuraraq öldürüb.

 

1982-ci il təvəllüdlü rayon sakini İlqar İmanov idarə etdiyi “VAZ-2121” markalı avtomobillə geriyə doğru hərəkət edərkən qonşusu, 2010-cu il təvəllüdlü Ümid Vahabzadəni vurub. Qəza zamanı xəsarət alan uşaq xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR