Gəncədə ağır qəzada iki qadın yaralanıb
Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. APA TV-nın Qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb. “VAZ-2107” ilə “Mercedes” markalı avtomobilin toqquşması nəticəsində iki nəfər - 1972-ci il təvəlüldlü Qələm Bayramova və 1976-cı il təvəllüdlü Mehriban Süleymanova müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Falktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi