Gəncədə beşotaqlı ev yandı
Gəncə şəhərində yanğın nəticəsində 5 otaqlı evə ciddi ziyan dəyib. Məhsəti qəsəbəsində Elmira Üsyaniyə məxsus ümumi sahəsi 180 kv.m olan birmərtəbəli evin dam örtüyünün 20 kvadratmetrlik yanar konstruksiyaları və 76 kvadratmetrlik 3 otağın tavanı, ev əşyaları ilə birlikdə yanıb.
APA TV-nin məluamtına görə, dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb edilib.
İkin etimlara görə Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verib. Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib