Zaqatalada xəstə qadın intihara cəhd edib
Zaqatalada 57 yaşlı qadın intihara cəhd edib. Zaqatala Mərkəzi Rayon Xəstəxanasından APA TV-yə verilən məlumata görə, rayonun Əlibayramlı kənd sakini, 1956-cı il təvəllüdlü Gülbahar Camal qızı Əliyeva bu gün səhər saatlarından qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olub.
Yaralı dərhal əməliyyata götürülüb və vəziyyəti ağır qiymətləndirilir. Xəstəxanadan həmçinin bildirilib ki, G. Əliyeva özü özünə bıçaqla xəsarət yetirib.
Zaqatala rayon Prokurorluğundan verilən məlumata görə, Gülbahar Əliyeva son illər əsəb xəstəliyindən əziyyət çəkib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib