Siyəzəndə restorandan oğurluq edən şəxs yaxalandı
Siyəzən rayon sakini Əlyusif Rza oğlu Xalıqova məxsus “Buta” restoranından oğurluq etməkdə təqsirləndirilən şəxs saxlanılıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edən restoran sahibi ona məxsus obyektdən 2 ədəd televizor və 1 ədəd peyk antenası aparatının oğurlanması barədə məlumat verib.
Bundan başqa, Siyəzən sakini Mübariz Mustafa oğlu Əbdülov Siyəzən RPŞ-yə müraciət edərək Heydər Əliyev küçəsində yerləşən mağazadan 6 fevral 2016-cı ildə 80 manat pul və 110 manat dəyərində müxtəlif malların oğurlandığını bildirib.
Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qeyd olunan faktların 1987-ci il təvəllüdlü Siyəzən şəhər sakini, əvvəl məhkum olunan İlkin Novruz oğlu Bəylərov tərəfindən törədilməsi müəyyən olunub. O, saxlanılaraq istintaqa təhvil verilib. İ.Bəylərov barəsində cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi