Bank Of Baku

Bakıda bir ailə dəm qazından boğuldu: ata və ana öldü, uşaqları zəhərləndi

# 13:25
10 mart 2016

Bakıda dəm qazı daha bir ailə faciəsinə səbəb olub. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə martın 9-da Binəqədi qəsəbəsində qeydə alınıb.

 

Qəsəbə sakinləri - Xaliq Rüstəmov, arvadı Aynur, qızı Elnarə və oğlu İlkin mənzillərində dəm qazından zəhərləniblər. Nəticədə ər və arvad ölüb, uşaqları Elnarə və İlkin xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR