“Fənərbaxça” Topalın qolu ilə sevindi
Ötən gün Avropa Liqasında (AL) 1/8 final mərhələsinə start verilib. APA TV-nin məlumatına görə, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbaxça” öz meydanında “Braqa” ilə oynayıb.
Azərbaycanlı futbolsevərlərin də yaxından izlədiyi qarşılaşma İstanbul klubunun minimal hesablı qələbəsi ilə başa çatıb. Mehmet Topalın 83-cü dəqiqədə vurduğu qol matçda yeganə olub.
Qeyd edək ki, “Sarı bülbüllər” Portuqaliyaya bir qolun verdiyi üstünlüklə yollanacaqlar.
DİGƏR XƏBƏRLƏR
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirildi