Bakıda dəhşətli intihar: özünü 17 mərtəbəli binadan atdı
Bakıda intihar hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 ünvanında qeydə alınıb.
35-40 yaşlarında naməlum kişi həmin ünvanda yerləşən 17 mərtəbəli binadan özünü ataraq öldürüb.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə yerinə polis və prokurorluq əməkdaşları çıxıb. Özünü binadan atan şəxsin həmin ünvanda yaşamadığı bildirilsə də, üzərində sənəd olmadığı üçün şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Onu tanıyanlardan (050) 286-01-46, (077) 271-16-17 nömrəli telefonlara məlumat vermələri xahiş olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib