Ağstafada oğru dəstəsi ələ keçdi
Ağstafada oğurluqla məşğul olan 4 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. Rayon Polis Şöbəsindən APA TV-nın Qərb bürosuna verilən məlumata görə, rayon həyata keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakinləri 1995-ci il təvəllüdlü Musa Daşdəmirov, yetkinlik yaşına çatmayan, 1998-ci il təvəllüdlü Sənan Kiçikov, 1998-ci il təvəllüdlü, Nicat Vəliyev və 1989-cu il təvəllüdlü Nurlan Rəhimov saxlanılıblar. Hüquq mühafizə orqanlarının əməkdaşları onları oğurluq etmək istəyərkən yaxalayıblar. Saxlanılan şəxslər rayonun Poylu, Zəlimxan və Qıraq Kəsəmən kəndlərində mağazalardan müxtəlif növ ərzaq məhsulları spirtli içkilər, çay, siqaret və s. məhsullar oğurladıqlarını etiraf ediblər.
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma gedir.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib