Lənkəranda mağaza yandı - VİDEO
Lənkəran şəhərində yanğın hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində yerləşən avtomobil ehtiyat hissələrinin mağazasının anbarında qeydə alınıb.
Güclü yanğın nəticəsində şəhər sakini Hamlet Cabbarlıya məxsus mağazada xeyli sayda ehtiyat hissəsi və məişət avadanlıqları yanıb.
Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının qarşısı alınıb.
90 kvadratmetr sahəsi olan mağazanın təxminən yarısı yanaraq yararsız hala düşüb.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib