Rusiya "qanuni oğru" Dadaş Bakinskini Azərbaycana deportasiya etdi
"Qanuni oğru" Dadaş Bakinski Moskvadan Bakıya göndərilib.
APA-nın “Rosbalt”a istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında deyilir ki, o, Rusiyada narkotiklərin qeyri-qanuni dövriyyəsinə görə həbs olunaraq, Krasnoyarsk vilayətində islah-əmək koloniyasında cəza çəkib.
2015-ci ilin yanvarında Dadaş Bakinskinin Rusiya Federasiyası ərazisində qalmasının arzuedilməz sayılması barədə Ədliyyə Nazirliyi tərəfindən qərar verilib.
Cəzasını bitirib azadlığa çıxan "qanuni oğru" Rusiya DİN əməkdaşlarının nəzarəti altında Moskvanın "Domodedovo" aeroportundan Azərbaycana deportasiya edilib.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib