Bank Of Baku

Ankara terroruna görə 10 nəfər yaxalandı

# 19:00
14 mart 2016

Türkiyə polisi tərəfindən Ankarada törədilən terror hadisəsində əli olmaqda şübhəli bilinən 4 nəfər saxlanılıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, onların arasında partlayışda istifadə olunan avtomobilin sahibi, həmin maşının alındığı satış mərkəzinin əməkdaşları, o cümlədən kamikadzenin 4 nəfər ailə üzvü də var.

 

Bununla da sözü gedən terror aktının törədilməsində şübhəli bilinərək, həbs olunan şəxslərin sayı 10 nəfərə çatıb. Hələlik saxlanılan şəxslərin adları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR