Rus qoşunları Suriyadan çıxmağa başladı - REAL VİDEO
Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb.
APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə,Suriyanın Latakiya vilayəti ərazisində yerləşən, Rusiyaya məxsus Hmeymim aviabazasının personalı avadanlıqları, maddi-texniki vasitələri, əmlakı hərbi nəqliyyat təyyarələrinə yükləyir.
“Aviabazanın texniki personalı təyyarələrin Rusiya Federasiyası aerodromlarına göndərilməsi üçün hazırlıqlar görür. Şəxsi heyət avadanlıqları, əmlakı və maddi-texniki vasitələri hərbi nəqliyyat aviasiyasına yükləməyə başlayıb”, - deyə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.
Xatırladaq ki, V.Putin martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşündə martın 15-dən etibarən Rusiyanın əsas hərbi qüvvələrinin Suriyadan çıxarılması barədə əmr verib. Bu hadisədən bir qədər sonra V.Putin və ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib