Muğanlı-Yevlax avtomobil yolunda yenidənqurma işləri bitmək üzrədir
Azərbaycan prezidentinin tapşırığı ilə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsi əsaslı şəkildə yenidən qurulur.
“Azəravtoyol” ASC-dən APA TV-yə verilən məlumata görə, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı- hissəsinin yenidən qurulması layihəsində hazırda son tamamlanma işləri həyata keçirilir.
Əsaslı şəkildə yenidən qurulan yolun iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 km, yol yatağının eni 12.5 m, hərəkət hissəsinin eni isə 7.5 m-dir.
Layihədə nəzərdə tutulan 7 dairəvi yol kəsişməsi və 54 yol birləşməsi hazır vəziyyətdədir. Bundan başqa, 263 borunun hamısında, 6 körpüdən isə 5-nin tikintisi işləri yekunlaşıb. Hazırda Türyançay üzərində yerləşən körpüdə son tamamlanma işləri aparılır, yanaşma yollarında torpaq işləri görülür.
Layihənin tam olaraq cari ilin may-iyun aylarında yekunlaşdırılması planlaşdırılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib