Ucar-Zərdab yolu bərbad vəziyyətdədir
Bu çalalara təmir adıyla tökülən irili-xırdalı daşlar əslində qəza vəziyyəti yaradır. Bir sözlə yayda tozun, qışda palçığın əlindən bezar olub sürücülər.
Vaxt itkisi və əlavə xərclər isə onları boğaza yığıb desək, yanılmarıq. Bakı, Ağcabədi və digər rayonlara gedən maşın və avtobusların sərnişinləri dəfələrlə bu yolda baş verən qəzanın ya şahidi, ya da qurbanı olub. Vay o hala ki, bu yolla ya xəstə aparasan, ya da qəza yerinə yetişəsən.
APA TV-nin xəbərinə görə, hərdən adiyyəti qurum kimi Ucar rayon 31 saylı yol istismar idarəsi çala və çökəkliklərdə cari təmir işi aparır, ancaq ağırtonnajlı maşınların hərəkəti bu təmiri də sıradan çıxarır.
Sürücü və sərnişinlər də ümüd edir ki, gələn il Ucar- Zərdab yolu yenidən qurularaq istifadəyə veriləcək.
DİGƏR XƏBƏRLƏR
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib