Rauf Mirqədirov: "Yaşamağa dəyər"
"Bilirsiniz, belə bir film var idi - "Nə şirin sözdür azadlıq!" Azadlıq mənim üçün ilk növbədə insanlardır - sevdiyim insanlardır, əzizlərimdir, dostlarımdır, həyatımdır. Yəni, jurnalistika həyatıdır". Bu açıqlamanı APA TV-yə bu gün azadlığa buraxılan jurnalist Rauf Mirqədirov deyib.
Onun sözlərinə görə, jurnalistika həyat tərzidir.
"Bu, iş deyil, 6 saatlıq, 8 saatlıq iş deyil. Bu, həyat tərzidir. Jurnalistika elə bir sənət sahəsidir ki, əgər sən doğrudan da jurnalistsənsə, yaşayırsan, jurnalistika ilə yaşayırsan. Bəzən olur ki, sən 15-20 saat kompüter arxasında oturursan və həyatının böyük bir hissəsi kompüter arxasında keçir. Bilirsiniz, mən həbs olunanda qızımın 5 yaşı vardı , indi 7 yaşı var. Bilirsiniz, bu məhəbbəti hiss etmək onu görmək üçün yaşamağa dəyər. Övladlarımızın, yaxınlarımızın, dostlarımızın məhəbbətini görmək üçün yaşamağa dəyər".
Qeyd edək ki, Rauf Mirqədirov bu gün azadlığa buraxıldıqdan sonra Yasamal məzarlığına gedərək atasının qəbrini ziyarət edib.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı