Bakıda idarəetməni itirən sürücü iki maşını əzdi
Ötən gecə paytaxtın Səbail rayonunda 3 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Mehdi Hüseyn küçəsində qeydə alınıb.
Vüqar İsayev idarə etdiyi "Mercedes" markalı avtomobili ilə dönmə əməliyyatını yerinə yetirmək istəyərkən idarəetməni itirib və maşını öncə "Audi", daha sonra "Subaru" markalı avtomobillərə çırpıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər üç maşına ciddi ziyan dəyib. Əraziyə yol polisi əməkdaşları gəliblər. Hər üç sürücünün izahatı alınıb. Daha sonra avtomobillər evakuator vasitəsilə cərimə meydançasına aparılıb.
Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmadan sonra məlum olacaq.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı