Dollar ucuzlaşdı, avro və rubl bahalaşdı - HƏFTƏNİN SON MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,5971 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,8066 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 23 manat 50 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib