Pərviz Müşərrəf Pakistanı tərk etdi
Pakistanın keçmiş dövlət başçısı Pərviz Müşərrəf ölkəni tərk edib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, bu onun səhhəti ilə əlaqədardır.
General Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında müalicə olunacaq. Ona Dubaya getməyə Pakistan məhkəməsi icazə verib.
Eks-prezident bildirib ki, vətənə bir neçə həftə və ya bir neçə aydan sonra dönməyi planlaşdırır. Müşərrəf Pakistana qayıtdıqdan sonra yenidən məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, Pərviz Müşərrəf dövlətə xəyanətdə ittiham olunur.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib