Neft yenidən bahalaşmağa başladı: "Brent" 41 dolları keçdi
Federal Ehtiyat Sisteminin açıqladığı qərar və neft ölkələrinin hasilatı dondurmaqla bağlı müzakirə görüşünün tarixinin açıqlanması neft bazarını canlandırıb.
APA TV-nin məlumatına görə, son iki gündə “Brent” markalı neftin qiyməti yüksəlməkdə davam edir.
Bu gün "Brent" nefti birjalarda 41.30 dollara satılır. Bu ötən günün qiymətlərindən təxminən bir dollar bahadır. Qərbi Texas nefti də bir dollar dəyər qazanıb. Hazırda WTI nefti birjalarda 40.07 dollardan satılır.
Ekspertlər qiymət artımının bir müddət davam edəcəyini proqnozlaşdırır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib