Cəlilabadda "KİA" beton dirəyə çırpıldı: 1 ölü, 2 yaralı
Сəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Bakı şəhər sakini Həşim Ələddin oğlu Həşimovun idarə etdiyi “KİA” markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yoldan çıxıb və beton dirəyə çırpılıb. Güclü zərbədən sürücü daxil olmaqla, avtomobilin sərnişinləri Tələt Ağayev və Fərhad Mirzəyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Yaralılara müvafiq tibbi yardım göstərilib, lakin onlardan Fərhad Mirzəyev bir müddət sonra dünyasını dəyişib.
Digər yaralıların vəziyyəti isə orta-ağır qiymətləndirilir.
İlkin versiya kimi qəzanın avtomobilin yüksək sürətlə idarə edilməsi səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avto-texniki ekspertizanın verəcəyi yekun rəydən sonra məlum olacaq.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib