Avropa İttifaqı ilə Türkiyə arasında viza rejimi götürülür - VAXT AÇIQLANDI
Türkiyə ilə Avropa İttifaqı (Aİ) arasında viza rejiminin aradan qaldırılmasına dair qərar bu il iyulun 1-dən qüvvəyə minəcək.
APA TV-nin məlumatına görə, bu barədə “Bloomberg” agentliyinə açıqlamasında Türkiyə Xarici İşlər Nazirliyinin adının açıqlanmasını istəməyən yüksək vəzifəli əməkdaşı bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl Brüsseldə keçirilən Aİ-Türkiyə sammitindən sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu viza rejiminin iyunun sonunadək ləğv ediləcəyi barədə açıqlama vermişdi.
“İyunun sonunadək, Niderlandın sədrliyinin başa çatmasınadək, viza rejiminin ləğvi üzrə proses bitəcək”, - deyə Ə. Davudoğlu bildirmişdi.
Bununla belə, Fransa prezidenti Fransua Olland qeyd etmişdi ki, qərarın qəbul olunması Türkiyənin Aİ tərəfindən irəli sürdüyü 72 öhdəliyin yerinə yetirilməsindən asılıdır.
DİGƏR XƏBƏRLƏR
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı
Edilən ƏN BÖYÜK SƏHV! — Günvurma zamanı nə etməliyik?
Bakıda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib