Brüsseldəki terrorda 40-dan çox millətin nümayəndəsi yaralanıb
Brüsseldəki terror aktları nəticəsində 300-ə yaxın adam yaralanıb. APA TV-nin məlumatına görə, bu barədə Belçika Səhiyyə Nazirliyi yayıb.
Məlumatda deyilir ki, partlayışlar zamanı 31 nəfər ölüb, 300-ə yaxın adam yaralanıb. 150-yə yaxın yaralı hələ də xəstəxanadadır.
Onlardan 61 nəfər intensiv terapiya şöbələrində müalicə olunur.
Partlayışlar nəticəsində 40-dan çox fərqli millətin nümayəndəsi yaralanıb.
Martın 22-də Brüsseldə üç partlayış baş verib. Partlayışlardan ikisi hava limanında, biri isə metroda törədilib. Terror aktına görə məsuliyyəti “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı üzərinə götürüb.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar