Novxanıda güclü yanğın: 30 nəfər təxliyə olundu
Bakının Binəqədi rayonu ərazisində güclü yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Novxanı qəsəbəsində, əsasən Qubadlı rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı “Liman” pansionatında qeydə alınıb.
Ötən gecə qəfildən pansionatda yanğın başlayıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib. Binanın damından başlayan alovun söndürülməsi təxminən iki saat çəkib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
FHN-nin məlumatına görə, hazırda məcburi köçkünlərinin məskunlaşdığı birmərtəbəli inzibati binanın dam örtüyünün yanar konstruksiyaları 720 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyə olunub.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar