Neft bir gündə 1 dollar ucuzlaşıb
Birjalarda neft ucuzlaşmaqda davam edir. APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin bir bareli 40,41 dollardan satılıb ki, bu da bir gün əvvəlki qiymətdən 1 dollar ucuzdur. Qərbi Texas nefti də gün ərzində dəyər itirib. Hazırda WTI markalı neft 39,56 dollardan satılır. Bu, 24 saat əvvəlki qiymətdən təxminən 1,5 dollar ucuzdur.
Neftin ucuzlaşmasına səbəb ABŞ-ın neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanması səbəb olub. Hesabata əsasən, Birləşmiş Ştatların neft ehtiyatlarının artım həcmi proqnozlaşdırılan həcmdən 3 dəfə çoxdur. Bazarda təklifin tələbatı üstələməsi qiymətlərin ucuzlaşmasına təsir göstərib.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar