İŞİD-in Belçikadan olan komandiri öldürüldü
Suriyanın Der Zor qəsəbəsində gedən döyüşlərdə İŞİD terror təşkilatının əslən Belçikadan olan komandiri öldürülüb. APA TV-nin məlumatına görə, bu barədə Suriyanın rəsmi dövlət agentliyi xəbər yayıb. Suriya qoşunları bir neçə həftə davam edən ağır döyüşlərdən sonra Der Zor qəsəbəsinə daxil olmağı bacarıb. Döyüşlərdə İŞİD çoxlu sayda itki verib. Öldürülən şəxslərdən birinin İŞİD-in Belçikadan olan komandirlərindən Səlahəddin əl-Belçiki olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azad edilmiş ərazilərə köçənlərin mülkiyyət hüququ təmin olunacaq
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar