Neftin qiyməti 40-41 dollar arasında stabilləşir
Dünənki ucuzlaşma ilə müqayisədə "Qara qızıl"ın qiymətində bu gün cüzi də olsa artım hiss edilib. APA TV-nin məlumatına görə, "Brent" markalı neft 0,72 faiz bahalaşaraq 40,45 dollardan satılıb.
Birjalarda Qərbi Texas neftinin qiyməti isə dəyişməyib. Hazırda WTI markalı neft dünənki kimi 39,56 dollardan satılır.
Xatırladaq ki, ABŞ-da neft ehtiyatlarının həcminə dair hesabatın açıqlanmasından sonra birjalarda ucuzlaşma müşahidə olunmağa başlayıb. Hesabatda göstərilib ki, Birləşmiş Ştatların neft ehtiyatlarının artım həcmi proqnozlaşdırılan həcmdən 3 dəfə çoxdur. Qiymətlərin bu həftə sonuna müşahidə olunan stabil göstəricilərlə girəcəyi ehtimal edilir.
DİGƏR XƏBƏRLƏR
Beyləqanda silahlı insidentlə bağlı PROKURORLUĞUN AÇIQLAMASI
Azərbaycanlı jurnalistlər Qırğızıstanın ən böyük xəbər mərkəzində olublar
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanladı