Bank Of Baku

Bakıda hava çiskinli keçəcək, külək əsəcək

# 13:29
25 mart 2016


Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir. 
 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR